Categories
Water

Xüsusilə də son vaxtlarda, evlərə gələn suyun getdikcə daha çox çirklənməsi səbəbilə evlərdə su filtrlərinin quraşdırılması mövzusu çox aktualdır. Gəlin indi birlikdə baxaq görək, evdə su filtrinin olması həqiqətən də vacibdirmi və niyə vacibdir? Ən əsas məqamlara toxuncağıq.

“Su filteri yoxdur, suyu qaynadıb içirik.”

Qaynadılmış su içənlər bunu adətən evdə su filtri olmaması ilə izah edirlər. Bizdə, əsasən də Bakı, Sumqayıt, Gəncə, Mingəçevir kimi böyük şəhərlərdə adətən su qaynadılaraq istifadə edilir. Doğrudur, su qaynadıldığı zaman tərkibindəki xlor, kimyəvi zərərli birləşmələr, zərərli bakteriyalar məhv olur. Amma bununla bərabər həm də sudakı faydalı bütün minerallar da demək olar ki, məhv olur. Nəticədə nə əldə edirik? Heç bir faydalılığı qalmayan, belə desək, ölü su. Original su filtrləri (beləsini axtarırsınızsa, Ecosoft filtrlərinə buradan baxa bilərsiniz) isə suda olan zərərli maddələri təmizləyir, mineral balansını isə qoruyur. Mexanizmi belədir, bu filtrlər sırf bu məqsədlə hazırlanıb. Yəni, şəhərdəki evimizdə təbii bulaq suyuna uyğun su içmək istəyiriksə, əks-osmos sistemli filtr quraşdırmalıyıq.

Bidonla su almaq su filtri kimi sərfəli deyil.

Bir də var müxtəlif su şirkətlərindən bidonla su alanlar. Çox az istifadə olunursa, bu, yaxşı fikir ola bilər. Amma məsələn, orta statistik, 4 nəfərdən ibarət bir azərbaycanlı ailəni götürsək, bu ailənin günlük minimum 10 litr içməli su ehtiyacı var. Su kimi içməyə, çay qoymağa, yemək bişirməyə. Gündə 10 litr isə ayda 300 litr deməkdir – bu da təxminən 15 bidon su edir. Bir bidon suyun minimum qiymətinin 3 manat 50 qəpik olduğunu nəzərə alsaq, aylıq içməli su xərci 50 manata gəlib çıxır. İndi özünüz düşünün, birdəfəlik su filtri almaq daha sərfəlidir, yoxsa hər ay bu qədər xərc çəkmək?

Su filtrləri 24 saat rahatlıq deməkdir.

İşin bir də rahatlıq, komfort tərəfi var. Əlinizin altında hər zaman, 24 saat boyunca içməli, təmiz su tapa bilirsiniz? Xeyr, tapa bilmirsiniz. O qədər olur ki, məsələn, bidonda su qutarıb, yaddan çıxıb, yenisini sifariş vermək lazımdır. O da indi sifariş edəndə nə vaxta gələcək, həmin vaxta qədər nə edəcəyik, bilinmir. Ya da qaynadılmış su yoxdur, qaynatmaq lazımdır. Gecənin yarısı su içmək üçün durub su tapmayanda, bunu daha yaxşı anlamaq olur. 

Bunlar hər kəsin, əksəriyyətimizin başına gəlib. Amma evində quraşdırılmış su filtri olanda isə belə problem yaşanmır. Kranı açırsan, təmiz su gəlir, vəssəlam. Elə bil ki, evə bulaq suyu çəkmisən.

Səbəblər çoxdur, həlli isə birdir: Ecosoft su filtri!

Onlarla başqa səbəblər də sadalamaq olar, suyun verdiyi ərpdən tutmuş evdəki körpə uşaqların təmiz su içməyinə qədər. Əsas məqamları düşünürük ki, çatdıra bildik. Əlavə suallarınız olsa, bizə – Ecosoft su filtrlərinin Azərbaycandakı yeganə rəsmi distribyutoru olan Eurofilter Azerbaijan şirkətinə müraciət edə bilərsiniz. Bütün suallarınızı cavablandırmağa hazırıq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *