Description
EUROFILTER mineralizatorlu əks osmos filtri suyun molekulyar səviyyədə təmizlənməsi və zəruri minerallar və mikroelementlər ilə zənginləşdirilməsi üçün hazırlanmışdır. Filtrin məhsuldarlığı – 8 litr/saat. Filtr suyu viruslar və bakteriyalar daxil olmaqla 99,8% çirkləndiricidən təmizləyir.
Təmizləmə prosesində su ardıcıllıqla 6 mərhələdən keçir, bunların hər biri üçün filtrdə ayrıca kartric verilir.
Birinci mərhələ
Polipropilen kartric Eurofilter 2,5″X10″ 5 mkm – suyu 5 mikrondan böyük torpaq, qum və pas hissəciklərindən təmizləyir.
İkinci mərhələ
Qranular formada aktivləşdirilmiş kömür kartric Eurofilter 2,5″х10″ – suyu üzvi və xlor üzvi birləşmə maddələrindən, həmçinin xlordan təmizləyir, ağır və rəngli metalların, fenol və neft məhsullarının konsentrasiyasını azaldır. Suyun dadını, rəngini və qoxusunu yaxşılaşdırır.
Üçüncü mərhələ
Polipropilen kartric Eurofilter 2,5″X10″ 1 mkm – suyu 1 mikrondan böyük topraq, qum və pas hissəciklərindən təmizləyir.
Dördüncü mərhələ
Filtrasiyanın əsas mərhələsi. İlkin filtrasiyadan sonra su, çirkləndiricilərin 99,8% -nı etibarlı şəkildə saxlayan membrandan keçir.
Beşinci mərhələ
Kömür postfiltr – təmizlənmiş suyu yüngülləşdirir və dadlandırır.
Altıncı mərhələ
Suyu minerallarla zənginləşdirir.
Kartriclərin dəyişdirilmə vaxtı:
- Suyun ilkin təmizlənməsi kartricləri – hər 3-6 ay intervalında
- Əks osmos membranı – Ən geci 24 aydan bir
- Kömür postfiltr – hər 12 aydan bir
- Mineralizator – hər 12 aydan bir
Filtrdən uzun müddət istifadə olunmayacaqsa, ona verilən su təchizatını bağlamaq tövsiyə olunur.
| TEXNİKİ XÜSUSİYYƏTLƏRİ |
|
Giriş təzyiqi, atm – 3–6
Gələn suyun dərəcəsi, °С – +4…+30
Filtrin çəkisi, kq – 6
Filtrin ölçüləri, H х E х D, mm – 420х410х150
Su çənin ölçüləri, H х E х D, mm – 350х260х260
|
KOMPLEKTASİYA








