1,549.00

Robust 1000 – yüksək məhsuldarlıqlı kompakt əks osmos su filtridir. İçmək və yemək hazırlamaq üçün təmiz və təhlükəsiz su almağa imkan verir.
Su təmizləmə sistemi
– Mexaniki çirklərdən, suyun üzvi və xlor üzvi birləşmə maddələrindən, həmçinin təbii üzvi maddələrin çıxarılmasını təmin edən ilkin təmizləmə mərhələsi
– Suda həll olunmuş çirkləri, həmçinin virus və bakteriyaları 99,8% -a qədər təmizləmək üçün membran təmizlənməsi
– Dadı və qoxunu düzəltmək üçün təmizlənmiş su Chemviron Carbon markalı karbondan keçirilir
Description
Robust 1000 – yüksək məhsuldarlıqlı kompakt əks osmos su filtridir. İçmək və yemək hazırlamaq üçün təmiz və təhlükəsiz su almağa imkan verir.
Su təmizləmə sistemi
– Mexaniki çirklərdən, suyun üzvi və xlor üzvi birləşmə maddələrindən, həmçinin təbii üzvi maddələrin çıxarılmasını təmin edən ilkin təmizləmə mərhələsi
– Suda həll olunmuş çirkləri, həmçinin virus və bakteriyaları 99,8% -a qədər təmizləmək üçün membran təmizlənməsi
– Dadı və qoxunu düzəltmək üçün təmizlənmiş su Chemviron Carbon markalı karbondan keçirilir
 
TEXNİKİ XÜSUSİYYƏTLƏRİ
Giriş təzyiqi, atm – 2 – 5
Filtrin məhsuldarlığı, l/s – 55‒65
Su istehlakı, l/s – 110‒120
Gələn suyun dərəcəsi, °С – +4…+30
Filtrin çəkisi, kq – 6
Filtrin ölçüləri, H х E х D, mm – 420х425х265
 
Ecosoft ROBUST filtrinin işləmə prinsipi
Əks osmos ən mükəmməl su təmizləmə texnologiyasıdır. Xüsusi yarı keçirici membran sayəsində içməli suyu bakteriya və virus da daxil olmaqla demək olar ki, bütün zərərli çirklərdən effektiv şəkildə təmizləmək mümkündür. Belə bir membranın məsamələri viruslardan 200 dəfə, bakteriyalardan isə 4000 dəfə kiçikdir.
Yüksək təzyiqli motor suyu ardıcıl olaraq quraşdırılmış iki membrana ötürür. Hər iki membrandan sonra təmizlənmiş su kömür filtrinə daxil olur, təmizlənməmiş su isə üçüncü membrana ötürülür. Bu cür konstruksiya kanalizasiyaya axıdılan suyun həcmini azaldır.

Axın məhdudlaşdırıcısı vasitəsilə əks osmos membranlarından sonra konsentrat kanalizasiyaya axıdılır. Üçüncü membranın qarşısında, membran blokundakı təzyiqi ölçən ikinci manometr quraşdırılır.

 
 
 
 
 
 
Robust 1000 filtri motorun quru işləməsindən qoruma funksiyasına malikdir. Su təchizatı dayandırılıqda və ya girişdə təzyiq 0.4 bardan aşağı düşdükdə, aşağı təzyiq relesi işə düşür və klapanı bağlayıb motoru söndürür: girişdə suyun təzyiqi kifayət qədər artmayana kimi kran açılsa da, filtr işə düşməyəcək.
  
Robust 1000 əks osmos filtri yalnız soyuq suyu təmizləmək üçün yararlıdır.
 
Kartriclərin və membranın dəyişdirilmə vaxtı
Robust 1000 filtrinin ön panelində iki manometr mövcuddur, onlardan biri ilkin təmizlənmə kartriclərindən sonra daxil olan suyun təzyiqini, ikincisi isə membran blokunda motordan sonra təzyiqi göstərir. Ön paneldə manometrlərin tövsiyə olunan göstəriciləri yazılıb.
 
İlkin təmizləmə kartricləri
Kartriclərdən sonrakı təzyiq 1 bardan az olarsa, bu, ilkin təmizlənmə katriclərinin çirkli olduğunu göstərə bilər. Kartriclərin dəyişdirilməsində gecikmələr membrana zərər verə və ya məhv edə bilər. İlkin təmizlənmə kartriclərinin dəyişdirilməsi 8000 litr su təmizləndikdən sonra, 3 ayda bir dəfədən az olmamaq şərti ilə. Kartriclərin davamiyəti təmizlənmiş suyun istehlakından və keyfiyyətindən asılıdır.
 
Membran
Filtrasiya sürəti əhəmiyyətli dərəcədə aşağı düşərsə, əks osmos membranları dəyişdirilməlidir. Keyfiyyəti dəyişmədən daim su almaq üçün 24000 litr təmizləndikdən sonra əks osmos membranlarını əvəz etməyi məsləhət görürük, ildə bir dəfədən az olmamaq şərti ilə.
 
Filtrin işində uzun fasilələr olduqda (2 həftədən çox), filtri dezinfeksiya etmək lazımdır (prosedur təlimat kitabçasında ətraflı təsvir edilmişdir).
 
Postfiltrasiya kartricləri
Təmizlənmiş suyun dadı əhəmiyyətli dərəcədə pozulursa, xoşagəlməz qoxu əmələ gəlirsə, postkarbon filtrinin dəyişdirilməsi tövsiyə olunur. Postkarbon filtri 8000 litr su təmizləndikdən sonra dəyişdirilməlidir, 3 ayda bir dəfədən az olmamaq şərti ilə.
 
Filtrin komplektasiyası
· Robust 1000 filtri
· Təmizlənmiş su üçün kran
· Bağlantılar dəsti
· Filtrə xidmət açarları
· İstifadəçi təlimatı