499.99

Ecosoft Absolute mineralizator ilə əks osmos filtri suyun molekulyar səviyyədə təmizlənməsi və zəruri minerallar və mikroelementlər ilə zənginləşdirilməsi üçün hazırlanmışdır. Filtrin məhsuldarlığı – 8 litr/saat. Filtr suyu viruslar və bakteriyalar daxil olmaqla 99,8% çirkləndiricidən təmizləyir.

Təmizləmə prosesində su ardıcıllıqla 6 mərhələdən keçir, bunların hər biri üçün filtrdə ayrıca kartric verilir.

SKU: NMW-001-007-5 Category: Tags:
Description

Ecosoft Absolute mineralizator ilə əks osmos filtri suyun molekulyar səviyyədə təmizlənməsi və zəruri minerallar və mikroelementlər ilə zənginləşdirilməsi üçün hazırlanmışdır. Filtrin məhsuldarlığı – 8 litr/saat. Filtr suyu viruslar və bakteriyalar daxil olmaqla 99,8% çirkləndiricidən təmizləyir.

Təmizləmə prosesində su ardıcıllıqla 6 mərhələdən keçir, bunların hər biri üçün filtrdə ayrıca kartric verilir.

 

Birinci mərhələ
Polipropilen kartric Ecosoft 2,5″X10″ 5 mkm – suyu 5 mikrondan böyük torpaq, qum və pas hissəciklərindən təmizləyir.
 
İkinci mərhələ
Qranular formada aktivləşdirilmiş kömür kartric Ecosoft 2,5″х10″ – suyu üzvi və xlor üzvi birləşmə maddələrindən, həmçinin xlordan təmizləyir, ağır və rəngli metalların, fenol və neft məhsullarının konsentrasiyasını azaldır. Suyun dadını, rənginı və qoxusunu yaxşılaşdırır.
 
Üçüncü mərhələ
Preslənmiş formada aktivləşdirilmiş kömür kartric Ecosoft 2,5″х10″  – suyu üzvi və xlor üzvi birləşmə maddələrindən, həmçinin xlordan təmizləyir, ağır və rəngli metalların, fenol və neft məhsullarının konsentrasiyasını azaldır. Suyun dadını, rənginı və qoxusunu yaxşılaşdırır. Preslənmiş struktur sayəsində kartric həmçinin 10 mikrondan böyük mexaniki çirk hissəciklərini saxlayır.
 
Dördüncü mərhələ
Filtrasiyanın əsas mərhələsi. İlkin filtrasiyadan sonra su, çirkləndiricilərin 99,8% -nı etibarlı şəkildə saxlayan membrandan keçir.
 
Beşinci mərhələ
Kömür postfiltr – təmizlənmiş suyu yüngülləşdirir və dadlandırır.
Altıncı mərhələ
Su minerallarla zənginləşdirilir.

 
 
Kartriclərin dəyişdirilmə vaxtı
· Suyun ilkin təmizlənməsi kartricləri – hər 6 aydan bir
· Əks osmoz membranı – hər 24 aydan bir
· Kömür postfiltr – hər 12 aydan bir
· Mineralizator – hər 12 aydan bir
Filtrdən uzun müddət istifadə olunmayacaqsa, ona verilən su təchizatını bağlamaq tövsiyə olunur.

 
 
 
TEXNİKİ XÜSUSİYYƏTLƏRİ
Giriş təzyiqi, atm – 3–6
Gələn suyun dərəcəsi, °С – +4…+30
Filtrin çəkisi, kq – 6
Filtrin ölçüləri, H х E х D, mm – 420х410х150
Su çənin ölçüləri, H х E х D, mm – 350х260х260
 
 
KOMPLEKTASİYA
1. Filtrin korpusu
2. İlkin təmizlənmə üçün kartric dəsti (iki kömür ilə)
3. Əks osmos membranı (DOW Filmtec USA)
4. Kömür postfiltr
5. Mineralizator
6. Su çəni
7. Su kranı (modern)
8. Borular və fitinqlər dəsti
9. Kartriclər və membranın dəyişdirilməsi üçün açarlar
10. Təlimat kitabçası
Əlavə məlumat
Sizes

Five Gallon, Four Gallon, Two Gallon

Options

Natural, Pre-filled